KRKA-nın əsas terapiya sahələri haqqda daha çox məlumat əldə edin. Məhsul çeşidimizə maddələr mübadiləsi pozuntusu, onkoloji xəstəliklər, infeksiyalar, sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi üçün dərman vasitələri, həmçinin vitamin, mineral və başqa məhsullar da daxildir.

Bolezni srca in žilja

ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ


Ürək-damar xəstəlikləri yetkin insanların çoxunun ölüm səbəbi olduğundan, bizim əsas məqsədimiz onların müalicəsi üçün dərman prepartalarının istehsal edilməsidir. Ürək-damar xəstəlikləri bütün dünyada ən çox yayılmış ölüm səbəbidir. Arterial təzyiq və xolesterin səviyyəsi insult, miokard infarktı və ürək çatışmazlığı kimi ürək-damar xəstəliklərinin meydana gəlməsi ilə bağlı əsas risk faktorlarındandır. Bu amillər birlikdə təsir etdikdə, onlar xəstəliyin meydana gəlməsini sadəcə artırmır,  bir neçə dəfə artırırlar. Arterial təzyiq və xolesterin səviyyəsi bizim prioritetimiz olduğundan,ürək-damar xəstəliklərinin müalicəsi üçün dərman preparatları bizim əsas terapevtik istiqamətimizdir. Şirkətimizin geniş çeşidə malik dərman preparatları arterial təzyiq və xolesterin səviyyəsinə effektiv nəzarəti, həmçinin fərdi müalicə seçimini təmin edir.  İnnovativ kombinə edilmiş preparatlarımız müalicəyə meyilliliyi artırır və daha yaxşı kliniki nəticələrə nail olunmasına gətirib çıxarır.

Bolezni prebavil

QASTROENTEROLOJİ XƏSTƏLİKLƏR


Hər gün mədə-bağırsaq traktı xəstəlikləri olan bir neçə milyon pasiyent bizim dərman preparatlarımızın köməyilə uğurlu müalicə alırlar. Sağlam həzm sistemi orqanizmin ümumi vəziyyəti və immun sisteminin sabitliyini qorumaq üçün həlledici əhəmiyyət kəsb edir. Bu, sağlamlığın əsas təməlidir. Gündəlik stress və qeyri-sağlam qida həsm sisteminin işini tez poza və funksiyasını zəiflədə bilər.  MBT-nın funksiyasının pozulması inanılmaz dərəcədə geniş yayılmışdır; sahə həkimlərinə müraciət edən pasiyentlərin 10- 20%-i belə hallar ilə bağlı şikayətlənirlər. Daha ağır mədə-bağırsaq traktı xəstəliklərindən əziyyət çəkən pasiyentlərin bir çoxu xəstəxanalarda müalicə alırlar. Mədə-bağırsaq xəstəlikləri çox zaman mədə şirəsi ifrazının artıq olması nəticəsində meydana gəlir.  KRKA öz səylərini geniş çeşiddə effektiv proton pompası inhibitorlarının (PPİ) işlənib-hazırlanmasına yönəldir. Hər gün proton pompa inhibitorlarımız mədə qıcqırması və ağrısından əziyyət çəkən bir neçə milyon insanın həyatını asanlaşdırmağa kömək edir.

Bolezni osrednjega živčevja

MƏRKƏZİ SİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİ


Psixi sağlamlıq insan sağlamlığının təməlidir. Bütün dünyada milyonlarla insan depressiya, həyəcan pozuntusu, panik atak, şizofreniya, dimensiya və Parkinson xəstəliyindən əziyyət çəkir.  Bu pasiyentlər dolğun həyat yaşaya və gündəlik problemlərin öhdəsindən gələ bilmirlər və ya hətta ən sadə problemlərii effektiv həll edə bilmirlər. İrəliləmiş xəstəlik düzgün professional yardım və müalicə tələb edir. Hal-hazırda mərkəzi sinir sisteminin funksiyasının pozulması xəstəliyin yaranmasının ikinci səbəbidir və ekspertlər gələcəkdə ondan əziyyət çəkən insanların sayının artacağını proqnozlaşdırırlar.Gərgin və tez-tez dəyişən həyat tərzi bu xəstəliklərin artmasına səbəb ola bilər. KRKA-da biz hər zaman ən effektiv yardım göstərməyə səy göstərdiyimizə görə, pasiyentlər üçün təhlükəsiz dərman preparatlarının tədqiqatı və işlənib-hazırlanması ilə məşğuluq.

Bolečina

AĞRI


Dərman preparatlarımız 40 il ərzində həm zəif, həm də kəskin ağrıları effektiv şəkildə yüngülləşdirməyə kömək edir. Ağrı kifayət qədər tez-tez və gözlənilmədən meydana gələn xoşagəlməz hissdir. Yalnız ona məruz qaldıqda, ağrısız həyatın nə qədər xoş olduğunu anlayırıq. Ağrı konkret bir vəziyyətə reaksiya olaraq, qəfl baş verə bilər. Qəfl baş verən ağrının müalicəsi kifayət qədər sadə ola bilər. Xroniki və nevropatik ağrı isə əksinə həm pasiyent, həm də müalicə həkimi üçün böyük problemlər yarada bilər.Biz pasiyentlərin ağrısını yüngülləşdirmək, səhiyyə işçilərinə isə müvafiq müalicə tapmaqda kömək etmək istəyirik. Etibarlı tərəfdaş kimi reputasiyamızı qoruyub saxlayaraq, biz həm zəif, həm də kəskin ağrıların müalicəsi üçün dərman preparatları işləyib-hazırlayır, çeşidlərini artırır, həmçinin innovativ dərman formaları tətbiq edirik.

Prehlad in kašelj

ÖSKÜRƏK VƏ SOYUQDƏYMƏ


Soyuqdəymənin planlarınıza mane olmasına imkan verməyəcək effektiv və sübut edilmiş dərman preparatları. Soyuqdəymə yalnız mövsümi xəstəlik deyil və soyuqdəymənin bəzi virusları il boyu təsir edə bilir. Onlar planlarımızı poza və bizi evdə qalmağa, dərs buraxmağa və işə getməməyə məcbur edə bilərlər. İnfeksiyanın yayılmasının və cidddi tibbi fəsadların qarşısını almaq üçün ilk simptomlar meydana çıxan zaman hərəkətə keçmək lazımdır. Soyuqdəymənin ən çox təsadüf edilən simptomlarına boğaz ağrısı, öskürək, burun tutulması, yüksək hərarət, əzələ və oynaq ağrıları aiddir. KRKA-nın effektiv və sınaqdan keçmiş dərman preparatları həm yetkin insanlara, həm də uşaqlara gündəlik normal həyata qayıtmağa kömək edər.

Zajedavci pri psih in mačkah

EV HEYVANLARININ PARAZİTLƏRİ


Sizi və ev heyvanlarınızı qorumaq üçün biz müxtəlif effektiv parazit əleyhinə preparatlar hazırlayırıq. Ev heyvanlarında parazitlərin olması yalnız narahatlıq gətirmir, onlar həmçinin heyvan və insanların sağlamlığına real təhlükə yarada bilərlər. Gənə və birələri adətən, dərinin səthində görmək mümkündür, daxili parazitlər isə orqanizmin daxilində yaşayırlar. Onların bir çox növünə insanlar, xüsusilə kiçik uşaqlar yoluxa bilər. Məhz bu səbəbdən də, mütəmadi parazit əleyhinə tədbirlər vacibdir. KRKA ev heyvanlarını həm xarici, həm də daxili parazitlərdən qorumaq üçün təhlükəsiz və effektiv üsul olan cəlbedici ət qoxusuna malik tabletlər və yerli istifadə üçün məhlullar kimi rahat istifadə formasına malik antiparazitar preparatlar təklif edir.

Baxmağa davam edin

Multiparty banner 1

KLİNİK OLARAQ SÜBUT EDİLMİŞDİR

Krka məhsullarının keyfiyyəti, təhlükəsizliyi və effektivliyi çoxsaylı klinik tədqiqatlarda klinik cəhətdən sübut edilmişdir.

Daha çox

MƏHSULLAR

Biz yüksək keyfiyyətli məhsullarla təhlükəsiz və effektiv müalicəni təmin edirik.

Daha çox

ELM VƏ TEXNOLOGİYA

Krka-nın dərmanlarına inam bizim inkişaf laboratoriyalarımızdan və istehsal müəssisələrimizdən başlayır.

Daha çox