Slideshow slide

KRKA Azərbaycanda

20 ildən artıq müddətdə biz Azərbaycanda aparıcı generik əczaçılıq şirkətlərindən birinə çevrilmişik.

Biz Azərbaycan bazarında münasib qiymətə geniş çeşidə malik keyfiyyətli, effektiv və təhlükəsiz preparatlar təklif edirik.

KRKA şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları  səhiyyə müəssisələrində şirkətin əczaçılıq  məhsullarının təşviqi ilə bağlı müxtəlif tədbirlər həyata keçirirlər. Məhsullarımız ölkədə ən çox satılan dərman vasitələri arasında  mühüm yer tutur.

Təmsilçilik həm ölkə  əhalisi, həm də səhiyyə işçilərini maarifləndirmək  məqsədilə yerli və xarici tibb ekspertlərini dəvət edərək, görüş və mühazirələr təşkil edir. Bundan başqa, Krka səhiyyə mütəxəssislərinin peşəkar  inkişafı üçün onların müxtəlif professional  beynəlxalq konfrans və təlimlərdə iştirakına dəstək verir.

Krka yalnız insanlaın deyil, eyni zamanda heyvanların da sağlamlığının qayğısına qalır. Ev heyvanlarının müxtəlif müasir baytarlıq dərman vasitələri ilə müalicə edilməsi yalnız onları deyil, həmçinin heyvan sahiblərini də qoruyur.

Bakı ofisi həm Azərbaycanın səhiyyə sahəsi, həm də ictimai həyatında fəal iştirak edir. KRKA ölkədə yaşlı insanlar, valideynlərini itirmiş uşaqlar, fiziki qüsurlu şəxslər və əhalinin digər həssas qruplarına yardım etmək məqsədilə xeyriyyəçilik tədbirləri həyata keçirir.

KRKA rəhbərliyi və əməkdaşları “Sağlam həyat naminə!” devizi altında şirkətin  fəaliyyəti zamanı ölkədə qazandığı uğur və etibarı qoruyub saxlayaraq, daha uca zirvələri fəth etməyi planlaşdırırlar.

TERAPİYA SAHƏLƏRİ

TERAPİYA SAHƏLƏRİ


Biz ən çox yayılmış müasir xəstəliklərin müalicəsi üçün geniş çeşiddə farmasevtik məhsullar təklif edirilk.

DAHA ƏTRAFLI
KEYFİYYƏT

KEYFİYYƏT


Bütün KRKA əməkdaşlarının riayət etdiyi öhdəlikdir.

DAHA ƏTRAFLI
KOMANDAMIZIN BİR PARÇASI OLUN

KOMANDAMIZIN BİR PARÇASI OLUN


Biz əməkdaşlarımızın inkişaf etməsinə kömək edən mühit  yaradır, onların potensiallarını tez aşkar edir, yaradıcılıq imkanlarına dəstək verir və işə sadiqliklərini qiymətləndiririk.

DAHA ƏTRAFLI

Baxmağa davam edin

Multiparty banner 1

DAYANIQLILIQ

Biz özümüzü yalnız o zaman uğurlu hesab edə bilərik ki, uğurumuz ətraf mühitə və cəmiyyətə müsbət təsir etsin.

DAHA ƏTRAFLI

ELM VƏ TEXNOLOGİYA

Krka-nın dərmanlarına inam bizim inkişaf laboratoriyalarımızdan və istehsal müəssisələrimizdən başlayır.

DAHA ƏTRAFLI

MƏHSULLAR

Biz yüksək keyfiyyətli məhsullarla təhlükəsiz və effektiv müalicəni təmin edirik.

DAHA ƏTRAFLI