Normativ-hüquqi qaydalara müvafiqliyə  nəzarət üzrə Direktor korporativ normaların pozulması risklərinin daimi dəyərləndirilməsi  və biznes proseslərinin koordinasiyasına görə məsuliyyət daşıyır.

Normativ-hüquqi qaydalara müvafiqliyə  nəzarət üzrə Direktor effektiv daxili nəzarət sistemi təklif edir və yaradır,  məlumatlılıq səviyyəsinin artırılmasınl təmin edir, korporativ dürüstlüyün artırılması məsələləri ilə bağlı təlim və konsultasiyaların keçirilməsinə görə məsuliyyət daşıyır. Normativ-hüquqi qaydalara müvafiqliyə  nəzarət üzrə Direktor qeyri-müvafiq davranış və mövcud normativ  əsasnamə, daxili  qayda və etik prinsiplərin pozulması ilə bağlı hesabatları nəzərdən keçirir.  Normativ-hüquqi qaydalara müvafiqliyə  nəzarət üzrə Direktor KRKA-da korporativ normalara riayət edilməsi ilə bağlı şirkət rəhbərliyini məlumatlandırmağa görə də məsuliyyət daşıyır.

Qeyri-müvafiq davranış ilə bağlı məlumat verilməsi

Bütün əməkdaşlar, həmçinin üçüncü şəxslər saxtakarlığın mövcud olması ilə bağlı şübhələri haqqda məlumat verə bilərlər.  KRKA əməkdaşı saxtakarlıq şübhəsinin olmasını göstərən hər hansı fəaliyyət aşkar etdiyi təqdirdə,  o, bu haqqda müdiriyyətə  bildirməlidir. Şübhə doğuran saxtakarlığın xarakteri və  ya onun şəraiti buna imkan vermədiyi  halda, o, hüquqi məsələlər üzrə şöbənin Müdiri və ya Normativ-hüquqi qaydalara müvafiqliyə  nəzarət üzrə Direktora məlumat verməlidir.  Saxtakarlığın olması ilə bağlı şübhə haqqda anonim məlumat vermək də mümkündür. Saxtakarlıq halları barədə məlumatların veilməsi üçün ünvan: compliance.officer@krka.biz

Belə informasiya verən şəxs anonim qalmaq istəmədiyi halda, saxtakarlıq olması şübhəsi ilə bağlı telefon ilə də məlumat verə bilər. Bu məqsədlə aşağıdakı şəxslərə zəng etmək olar:

  • Normativ-hüquqi  qaydalara müvafiqlik şöbəsinin müdiri (Chief Compliance Officer ): +386 7 331 26 00
  • Hüquqi məsələlər şöbəsinin müdiri (Head of Legal Affairs):  +386 7 331 95 95

KRKA informasiya verən şəxs haqqda məlumatı məxfi saxlamaq, onunla peşəkarlıqla və uyğun şəkildə diqqətli  davranaraq qarşılıqlı əlaqə yaratmaq, həmçinin bu şəxsin təqiblərdən müvafiq  tərzdə qorunmasını təmin etmək öhdəliyi götürür.

“Qeyri-müvafiq davranış və korporativ saxtakarlığın qarşısının alınması, aşkar edilməsi və araşdırılması haqqda Əsasnamə” sənədi  saxtakarlıqla mübarizənin əsas məqsəd, prinsip və qaydalarını müəyyən edir.

Baxmağa davam edin

Multiparty banner 1

KRKANIN DAVRANIŞ KODEKSİ

Davranış Kodeksi korporativ uyğunluğa dair əsas sənədimizdir.

DAHA ƏTRAFLI

KLİNİK OLARAQ SÜBUT EDİLMİŞDİR

Krka məhsullarının keyfiyyəti, təhlükəsizliyi və effektivliyi çoxsaylı klinik tədqiqatlarda klinik cəhətdən sübut edilmişdir.

DAHA ƏTRAFLI

MƏHSULLAR

Biz yüksək keyfiyyətli məhsullarla təhlükəsiz və effektiv müalicəni təmin edirik.

DAHA ƏTRAFLI