Davamlı inkişaf bizim əsas prinsiplərimizdən biridir. Yalnız müvəffəqiyyətlərimizin ətraf mühit və cəmiyyətə müsbət təsir göstərdiyi zaman biz özümüzü uğurlu hesab edə bilərik.

Biz sosial mühitin yaxşılaşdırılması və  gənc mütəxəssislərin  yetişdirilməsi, həmçinin korporativ idarəetmə nümunəsi ilə bağlı tədbir və layihələr həyata keçirərkən, gələcək nəslə göstərdiyimiz təsiri dərk edirik.

ESG siyasəti

ESG siyasəti ətraf mühitin ekoloji aspektlərini (E-ətraf mühit), sosial məsuliyyəti (S-sosial ) və korporativ idarəetməni (G-İdarəetmə) tənzimləyən ESG sahəsinin idarə edilməsi üzrə KRKA qrupunun strateji sənədidir. Bu sənəddə fəaliyyətimizin bütün sahələrində maraqlı tərəflərin müxtəlif qrupları ilə münasibətlər z amanı riayət etdiyimiz və biznes qərarları aldığımız zaman nəzərə aldığımız başlıca prinsiplər təsvir edilmişdir.

Biznes modelimiz ilə Krka qrupunun strategiyasının birləşdirilməsi inkişafa davamlı  təsir etməyimizə, risk və imkanların daha effektiv müəyyən edilməsi və  onun strateji şəkildə idarə olunmasına imkan verir. 

Ətraf mühit

Ətraf mühit


Biz ətraf mühitə təsirimizi daim azaltmağa, təbii sərvət və enerjidən səmərəli  şəkildə istifadə etməyə çalışır, əməkdaşlarımız, cəmiyyət və gələcək nəsli  sağlam mühitlə təmin etməyə səy göstəririk.

DAHA ƏTRAFLI
Sosial məsələlər

Sosial məsələlər


Biz pasiyentləri keyfiyyətli, təhlükəsiz, effektiv və sərfəli dərman vasitələriı ilə təmin edirik. İstedadlı əməkdaşların inkişafı, onların sağlamlıq və təhlükəsizliyinin qayğısına qalmaq bizim prioritetlərimizdən biridir. Biz davamlı olaraq innovasiya mədəniyyəti yaradır və onu inkişaf etdiririk.  Gənc mütəxəssislərin həvəsləndirilməsi, müxtəlif cəmiyyət və ixtisaslaşmış müəssisələrin dəstəklənməsi, yerli icmaların inkişafına yardım bizim fəaliyyətimizin tərkib hissələridir.

DAHA ƏTRAFLI
Korporativ idarəetmə

Korporativ idarəetmə


Biz müvafiq idarəetmə və işgüzar təcrübənin inkişafına xüsusi diqqət yetirir, dürüstlük, şəffaflıq və normalara uyğunluq prinsiplərinə riayət olunmasını dəstəkləyirik.

DAHA ƏTRAFLI

Baxmağa davam edin

Multiparty banner 1

MƏŞĞULLUQ

Biz qarşılıqlı etimad, hörmət, əməkdaşlıq və ömür boyu öyrənmə üzərində qurulan mühiti inkişaf etdirmək üçün çiyin-çiyinə dayanırıq.

DAHA ƏTRAFLI

ELM VƏ TEXNOLOGİYA

Krka-nın dərmanlarına inam bizim inkişaf laboratoriyalarımızdan və istehsal müəssisələrimizdən başlayır.

DAHA ƏTRAFLI

MƏHSULLAR

Biz yüksək keyfiyyətli məhsullarla təhlükəsiz və effektiv müalicəni təmin edirik.

DAHA ƏTRAFLI