Biz kliniki sınaqlardan keçmiş dərman preparatları istehsal edirik. Bioekvivalentlik tədqiqatları sınaq və hazırlanma prosesi zamanı yaradılmış prototiplərdən müalicə üçün istifadəsi uyğun olan dərman preparatlarına gedən yolda ən mühüm mərhələlərdən biri hesab edilir.

By measuring the blood concentration of active ingredients, these studies confirm the bioequivalence of Qanda aktiv maddələrin konsentrasiyasının ölçülməsinin nəticələrinə əsasən,  biz KRKA şirkətinin preparatlarının referent dərman vasitələri ilə bioekvivalentliyini təsdiq edir və bununla, onların müqayisəedilən effektivlik və təhlükəsizliyə malik olduğunu sübut edirik. Müasir və avtomatlaşdırılmış bioanalitik laboratoriyalarımızda istifadə edilən bioanalitik metodlar bioloji materiallarda aktiv maddələrin hətta ən aşağı konsentrasiyasını belə müəyyən etməyə imkan verir. Biz  mikro-nümunənin götürülməsi zamanı daha az invaziv müasir metodlardan istifadə edirik.

Bu proseslərin nəticələrinə əsasən biz dərman vasitələrimizin satışına icazə alırıq.

KRKA satış icazəsi aldıqdan sonra kliniki sınaqlar keçirən cenerik preparatlar istehsal edən azsaylı əczaçılıq şirkətlərindən biridir. Belə tədqiqatlar ümumilikdə, müalicə haqqda dəyərli məlumatlar verir. Xəstəliyin diaqnostikası, preparatın düzgün seçilməsi və doza rejimindən tutmuş məhsulumuzun effektivlik dərəcəsi belə məlumatlara aiddir.

Kliniki tədqiqatlar

Təsdiq edilmiş təhlükəsizlik, keyfiyyət və effektivlik
150+
kliniki tədqiqat
350,000+
pasiyent
27
27 ölkə

KRKA şirkətinin təşkil etdiyi kliniki tədqiqatlar tibb işçilərinin  pasiyentlərə yardım edən zaman düzgün və etibarlı qərarlar qəbul etməsinə, həmçinin müalicənin uğuruna və səhiyyənin inkişafına əhəmiyyətli töhfə verir.  

Yüksək etik normalar, mövcud tövsiyələr və normativ aktlar KRKA şirkətinin preparatlarından istifadə etməklə aparılan  kliniki tədqiqatların əsasını təşkil edir. Bu, bizə səhiyyə işçiləri və nəzarət orqanlarına preparatlarımız haqqda əlavə məlumatlar təqdim edərək, onlara real kliniki təcrübə haqqda daha geniş məlumat verməyə imkan verir.

Baxmağa davam edin

Multiparty banner 1

HAQQIMIZDA

Biz dünyanın aparıcı cenerik əczaçılıq şirkətlərindən biri kimi mövqeyimizi daim möhkəmləndiririk.

Daha çox

TERAPEVTIK SAHƏLƏR

Əsas terapevtik sahələrimiz haqqında daha çox məlumat əldə edin.

Daha çox

ELM VƏ TEXNOLOGİYA

Krka-nın dərmanlarına inam bizim inkişaf laboratoriyalarımızdan və istehsal müəssisələrimizdən başlayır.

Daha çox