Keyfiyyət məhsullarımızın işlənib-hazırlanması və istehsal proseslərinin əsasını təşkil etdiyindən, KRKA şirkətinin adı keyfiyyət ilə sinonimə çevrilmişdir.  Keyfiyyət strateji  əhəmiyyət kəsb edir və bizə rəqabət üstünlüyü verir.

Keyfiyyət məhsullarımızın bütün həyat dövrü  zamanı hər bir aspektinə nüfuz etmişdir

Products of the highest quality are a top priority for all Krka employees. We carefully monitor products Çox yüksək keyfiyyətli məhsulların hazırlanması KRKA şirkətinin bütün əməkdaşları üçün əsas prioritetdir. Biz işlənib hazırlamadan başlayaraq hazır məsulun bazara daxil edilməsi və istifadə müddətinə qədər ona bütün həyat dövrü ərzində  diqqətlə nəzarət edirik. 

Təhlillərin aparılması keyfiyyət təmininatının ayrılmaz hissəsi olub, onları ən müasir laboratoriyalarda aparırıq.  Biz həm KRKA-da istehsal olunan, həm də tərəfdaşlarımızın təmin etdiyi bütün xammal və hazır məhsulları yoxlayırıq.  Şirkət məhsullarımızı bazarlara vaxtında çıxarmaq məqsədilə daim  iş proseslərini  optimallaşdırır və laborator imkanları artırır.

Xammalın diqqətlə seçilməsi

The quality system is applied as early as the inspection of raw materials used in producing finished Keyfiyyətə nəzarət sistemi artıq hazır məhsulun istehsalı üçün istifadə edilən (AFT, yardımçı maddələr, qablaşdırma materialları) xammalın yoxlanması mərhələsində tətbiq edilir. Biz təchizatçılarımızın auditini aparır və riskləri dəyərləndirir, keyfiyyətə nəzarət laboratoriyasında xammalı yoxlayırıq, məsul şəxslər isə onun keyfiyyətini qiymətləndirir və onun istehsalatda istifadəsinə icazə veririlər.  

İstehsal prosesinə diqqətli yanaşma

AFT və hazır dərman preparatlarının istehsalı ciddi şəkildə riayət olunan müəyyən olunmuş prosedurlara müvafiq olaraq həyata keçirilir. Bizim bütün istehsal obyektlərimiz və avadanlığımız müvafiq attestasiyadan keçmişdir, əməkdaşlarımız isə yüksək ixtisaslıdırlar. Biz məhsullarımızın hər bir partiyasının istehsalına diqqətlə nəzarət edir, bütün müvafiq istehsal və analitik sənədləri öyrənirik.   Buna əsaslanaraq, biz məhsullarımızın müəyyən edilmiş prosedur  və müvafiq təcrübə üzrə təlimatlara uyğun olaraq istehsal edildiyini və qeydiyyat şəhadətnaməsi  almaq üçün tələblərə cavab verdiyini təsdiq edə bilərik.

Bazar öncəsi qiymətləndirmə

All manufactured product batches are assessed in compliance with the standards of good İstehsal edilən məhsulun bütün partiyaları müvafiq istehsalat təcrübəsi standartları və qeydiyyat tələblərinə uyğunluqları qiymətləndirilir. Ayrı-ayrı partiyaların bazara çıxarılması ilə bağlı qiymətləndirməni səlahiyyətli şəxslər (SŞ) həyata keçirirlər. Qiymətləndirmə zamanı məhsullarımızın satılacağı ölkənin qanunları nəzərə alınır.  Məhsulun keyfiyyəti təsdiq olunduqdan sonra anbar ehtiyatları azad olunur və məhsul  topdansatışçılar və ya müştərilərə göndərilmək üçün hazırlanır. 

Rəylər və məhsulların təkmilləşdirilməsi

We track the feedback from our markets and the safety of our products in daily use and verify their Biz bazar rəylərini və gündəlik istifadə zamanı mhsullarımızın təhlükəsizliyini izləyir,bütün saxlanma müddəti ərzində keyfiyyətini yoxlayırıq. Məhsullarımızın İşlənib-hazırlanması zamanı pasiyentlərin tələbatlarının təhlil edilməsindən başlayaraq istifadədən sonra  onların məmnunluğuna qədər  xəstələrin maraqları hər zaman ən önəmli yeri  tutur. Bu yolla pasiyentlərin etibarını qoruyuruq, çünki biz dünyada patentsiz cenerik dərman preparalarının aparıcı istehsalçılarından biri olaraq qalırıq. Bundan başqa, biz müntəzəm olaraq məhsulların təhlükəsizlik və keyfiyyətinə diqqət yetiririk.  

Baxmağa davam edin

Multiparty banner 1

TEXNOLOGİYANIN VƏZİYYƏTİ

Dərmanlarımız Sloveniyada və dünyanın müxtəlif yerlərindəki zavodlarda ən müasir texnologiya ilə istehsal olunur.

Daha çox

MƏHSULLAR

Biz yüksək keyfiyyətli məhsullarla təhlükəsiz və effektiv müalicəni təmin edirik.

Daha çox

DAYANIQLILIQ

Biz özümüzü yalnız o zaman uğurlu hesab edə bilərik ki, uğurumuz ətraf mühitə və cəmiyyətə müsbət təsir etsin.

Daha çox