Müvafiq şəkildə planlaşdırılmış istehsal prosesləri, cəmiyyət və ətraf mühitə gündəlik məsuliyyətli münasibət KRKA məhsullarının keyfiyyət, təhlükəsizlik və effektivliyini təmin edir.
Daimi təkmilləşdirmə səyləri
We make improvements with patients in mind. We keep adding products to our portfolio to treat the most Pasiyentləri düşünərək, biz məhsullarımızı təkmilləşdiririk. Şirkətimiz ən çox yayılmış xəstəliklərin müalicəsi üçün preparatlar əlavə edərək çeşidləri çoxaldır. Biz yatırımları artırır, qabaqcıl istehsal sistemlərini tətbiq edir və müvafiq nəzarət metodlarından istifadə edirik. Ətraf mühitin qorunması, əməkdaşlarımızın sağlamlıq və təhlükəsizliyi, informasiya və məlumatların qorunması hər zaman diqqət mərkəzindədir.
Fəaliyyətimizin davamlı olması məhsullarımızın bütün dünyada pasiyentlər üçün əlçatan olmasına imkan yaratdığı üçün biz bu yanaşmanı təmin etməyə çalışırıq. Biz bazarın tələbatlarına tez uyğunlaşırıq. Qrup ardıcıl şəkildə işgüzar tərəfdaş, tənzimləyici orqan, həkim, farmasevt və pasiyentlərin təlabat və gözləntilərini qarşılayır.
Normativ-hüquqi qaydalara riayət olunması və məsuliyyət
Pasiyentlərin sağlamlığı yüksək keyfiyyət tələb etdiyindən məhsulun keyfiyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz əczaçılıq sənayesi və tibb sahəsindəki yenilikləri izləyir, qanunvericiliyə riayət edir, müntəzəm şəkildə məhsullarımızın tələblərə uyğun olmasına nəzarət edir və yoxlayırıq.
Yüksək keyfiyyət müvafiq istehsal təcrübəsinə (GMP) əsaslanır. Biz digər müvafiq təcrübələrə də riayət edirik: müvafiq saxlama təcrübəsi, müvafiq distribüter təcrübəsi, laborator tədqiqatların müvafiq təcrübəsi, müvafiq kliniki təcrübə və müvafiq farmakonəzarət təcrübəsi.
Şirkət proses və məhsulların tələblərə uyğun olmasına nəzarət edir və əsas sertifikatları (nəticələri) müntəzəm olaraq yeniləyir:
- Müvafiq İstehsalat Təcrübəsi (Good Manufacturing Practice (GMP) ) Sertifikatı
- Müvafiq Laborator Təcrübəsi (Good Laboratory Practice (GLP)) Sertifikatı
- Müvafiq Distribüter Təcrübəsi (Good Distribution Practice (GDP)) Sertifikatı
- HACCP – (Hazard Analysis and Critical Control Points -Təhlükəli Faktorların Təhlil Sistemi və Kritik Məsələlərə Nəzarət)
- ISO (9001, 14001, 27001, 45001)
- Ətraf Mühitə Məsuliyyətli Münasibət Proqramı (Responsible Care Programme)
Normativ-hüquqi tələblərə riayət olunması, proses və məhsulların daimi təkmilləşdirilməsi KRKA Qrupunun bütün bölmələrində inkişafı stimullaşdırır və “Sağlam həyat tərzinə dəstək” missiyamızı yerinə yetirməkdə bizə kömək edir.
Məhsulların axtarışı
Biz yüksək keyfiyyətli reseptli, reseptsiz və baytarlıq preparatlarının geniş çeşidini təklif edirik.