Biz illik satış gəlirimizin 10%-ni tədqiqat və araşdırmalara ayırırıq. Nailiyyətlərimiz ən yeni elmi-texniki məlumatlardan istifadəmiz, ən qabaqcıl elmi-tədqiqat institutları ilə əməkdaşlığımız və aparıcı mütəxəssislərimizin biliklərinin nəticəsidir.
Məhsullarımızı yaradarkən pasiyentlərin ehtiyac və tələblərinə diqqət yetirdiyimizdən, KRKA şirkətinin innovasiyaları effektiv müalicəni asanlaşdırır və xəstələrin təyin edilmiş terapiya rejiminə riayət etmələrini yaxşılaşdırır. Təkmilləşdirilmiş dərman formasına malik yeni preparatlar işləyib-hazırlamağımız, daim istehsalat proseslərinə nəzarət etməmiz və onları təkmilləşdirməmiz ətraf mühit, cəmiyyət və KRKA əməkdaşlarına qarşı məsuliyyətli münasibətimizə əsaslanır.