KRKA dərman preparatlarına etibarı elmi-tədqiqat laboratoriyaları və istehsal müəssisələrimizdə başlayır.
Zəngin bilik, toplanmış təcrübə, öz nou-hau metodumuz, yaradıcı və innovativ yanaşma, həmçinin ətraflı tədqiq edilmiş məhsullarımız və onların keyfiyyətinə nəzarət sistemimizə əsaslanan mövcud şaquli inteqrasiya biznes-modeli prosesi qurmağa imkan verir.
Effektivliyi kliniki təcrübədə sübut edilmiş yüksək keyfiyyətli preparatlarımız hərtərəfli elmi biliklərin, müasir laboratoriyalarda analitik işin və qabaqcıl istehsalat imkanlarından istifadənin nəticəsidir.