Məxfillik və şəxsi məlumatlarin qorunmasi siyasəti

KRKA insan hüquqlarına hörmətlə yanaşılmasını təşviq edir və şəxsi məlumatların düzgün şəkildə işlənməsinə və qorunmasına xüsusi diqqət yetirir.

BİZ KİMİK?

Biz “Novo Mesto” əczaçılıq zavodu, “KRKA” Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə “KRKA” adlandırılacaq) Azərbaycan Respublikasındakı Nümayəndəliyiyik (bundan sonra “Nümayəndəlik” adlandırılacaq). Nümayəndəlik bu internet saytının WWW.KRKA.AZ (bundan sonra “Sayt” adlandırılacaq) məzmununu idarə edir, nəzarət edir və yeniləyir. Bu Sayt sizə KRKA, onun məhsulları və digər fəaliyyətləri barədə ümumi məlumatları, həmçinin Saytda yerləşdirilməsini vacib hesab etdiyimiz digər məlumatları təqdim etmək üçün yaradılmışdır.

Qeyd: Bu Saytda KRKA, onun məhsulları və fəaliyyətləri haqqında təqdim edilən məlumat hər hansı məhsula, işlərə və ya xidmətlərə dair rəsmi təklif demək deyil. Xüsusilə, bu Saytda məhsul haqqında təqdim edilən məlumat yalnız KRKA məhsullarının çeşidinə dair ümumi məlumatdır. Nəzərə alın ki, əgər Saytda açıq şəkildə başqa hal nəzərdə tutulmayıbsa, Saytda təqdim olunan məlumatlar kommersiya təklifi, açıq təklif və ya təklif vermək üçün dəvət, KRKA-nın səhmlərinə və ya digər qiymətli kağızlarına investisiya qoyuluşu barədə təklif və s. kimi qəbul edilə bilməz.

Bu Saytın hər hansı bir səhifəsinə baxmaqla, siz aşağıda təsvir olunan bütün məhdudiyyətlər və şərtlərlə razılaşırsınız. Əgər həmin şərtlərlə razı deyilsinizsə, bu Saytdan istifadə etməməyinizi xahiş edirik.

BU SİYASƏT KİMƏ ŞAMİL OLUNUR?

Bu siyasət KRKA və Nümayəndəlik tərəfindən işlənən (emal edilən) və aşağıdakı şəxsi məlumat subyektlərinin müxtəlif kateqoriyalarına aid olan fiziki şəxslərin şəxsi məlumatlarına şamil edilir: işçilər, iş üçün müraciət edənlər, səhmdarlar, kontragentlər (alıcılar, təchizatçılar və s.), KRKA məhsullarının istehlakçıları, KRKA saytlarının ziyarətçilər, bu şəxslərin nümayəndələri və digər kateqoriyaya aid şəxslər.

SİZİN MƏLUMATLARINIZA KİM NƏZARƏT EDİR?

  1. “Novo Mesto” əczaçılıq zavodu, “KRKA” Səhmdar Cəmiyyəti, Sloveniya
    Poçt ünvanı: 8000 Sloveniya, Novo Mesto, Şmareşka 6
    Məlumatların Mühafizəsi üzrə Səlahiyyətli Şəxsin e-poçt ünvanı: compliance.officer@krka.biz
  2. “Novo Mesto” əczaçılıq zavodu, “KRKA” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi
    Poçt ünvanı: Azərbaycan, Bakı, Xətai rayonu, Xocalı prospekti 55, AGA Biznes Mərkəzi
    Məlumatların Mühafizəsi üzrə Səlahiyyətli Şəxsin e-poçt ünvanı: emin.rasulzade@krka.biz

Başqa sözlə, KRKA və Nümayəndəlik (birlikdə “Biz”, “Bizi” və ya “Birgə Nəzarətçilər” adlandırılmaqla) məlumatlar üzrə birgə nəzarətçilərdir. Bu o deməkdir ki, biz sizin şəxsi məlumatlarınızın işlənməsinə və qorunmasına nəzarət edirik və birgə məsuliyyət daşıyırıq.

ŞƏXSİ MƏLUMATLAR

Yuxarıda təsvir edildiyi kimi, məlumatlarınızın vaxtaşırı emal edilmə məqsədindən asılı olaraq, biz müəyyən məlumatları emal etməliyik. Bu məlumatlar hər bir halından asılı olaraq, aşağıdakılardan ibarət olacaq:

  • Sizin şəxsiyyətinizi təsdiq edən məlumatlar (məsələn, adınız, soyadınız, bizimlə əlaqə saxladığınız dil və ölkə, əlaqə məlumatları və s.);
  • qoşulma, geolokasiya və/və ya baxış barədə məlumatlar (məsələn, əgər mobil telefonunuzdan bizimlə əlaqə saxlayırsınızsa);
  • kommersiya məlumatları (məsələn, əgər məlumat bülletenimizə abunə olmusunuzsa),
  • zövqünüz və istəkləriniz haqqında məlumat.

Qeyd: Nəzərə alın ki, əgər şəxsi məlumatlarınızı bizə təqdim etmək istəmirsinizsə, bu xidmətlərdən və ya saytın funksiyalarından tam şəkildə istifadə edə bilməyəcəksiniz.

ŞƏXSİ MƏLUMATLARIN EMAL OLUNMA MƏQSƏDLƏRİ

MƏQSƏD
1.  Saytın istifadəçisi kimi qeydiyyatınızın idarə edilməsiSizi saytın istifadəçisi kimi müəyyən etmək və qeydiyyatdan keçmiş istifadəçilər üçün mövcud olan müxtəlif funksiyalara giriş imkanını təmin etmək məqəsdilə, biz sizin məlumatlarınızı emal etməliyik. Müştəri dəstəyi xidmətinə müraciət etməklə, qeydiyyatdan keçmiş istifadəçi hesabınızı ləğv edə bilərsiniz.
2. Sayt vasitəsilə təqdim etdiyiniz müraciətlərin və ya sorğuların təmin olunmasıBiz yalnız sorğu və ya müraciətin işlənməsi və ya həll edilməsi üçün zəruri olan şəxsi məlumatları emal edirik. Qeyd: Əgər bizimlə telefonla əlaqə saxlasanız, sorğunuzu cavablandırmamız üçün keyfiyyət məqsədləri ilə əlaqədar zənginiz qeydə alına bilər.
4.  Marketinq məqsədləri üçünƏgər məlumat bülletenimizə abunə olsanız, biz sizin abunəliyinizin idarə olunması üçün şəxsi məlumatlarınızı emal edəcəyik, o cümlədən müxtəlif vasitələrlə (e-poçt və ya SMS kimi) məhsullarımız haqqında müvafiq məlumatlar göndərəcəyik. Qeyd: Unutmayın ki, istənilən vaxt abunəni ödənişsiz şəkildə ləğv edə bilərsiniz. Veb saytlara və proqramlara, o cümlədən, sosial şəbəkələrə daxil olan zaman görə biləcəyiniz onlayn reklamları göstərmək üçün sizin şəxsi məlumatlarınızı emal edəcəyik. Gördüyünüz reklamlar təsadüfi ola bilər, lakin digər hallarda bu, sizin seçimləriniz və ya axtarış sorğularınızla bağlı reklamlar ola bilər. Biz həmçinin, KRKA-nın istifadəçilərə göstərdiyi reklam seqmentlərini ölçmək və təhlil etmək üçün sizin məlumatlarınızdan istifadə edirik. Bu məqsədlə, KRKA bu xidmətlərdən istifadə etmək üçün lazımi texnologiyalar (məsələn, cookie, piksellər və s.) təklif edən üçüncü tərəflərlə əməkdaşlıq edir. Nəzərə alın ki, KRKA bu həmmüəlliflərə şəxsiyyəti müəyyən edən məlumatlar verməsə də, hər dəfə onlara müəyyən formada identifikator təqdim edir (məsələn, cookie fayl ilə əlaqəli identifikator və s.). Əgər bu barədə əlavə məlumat əldə etmək istəyirsinizsə, cookie faylları ilə bağlı siyasətimizlə tanış olun. Biz həmçinin, sizin məlumatlarınızdan istifadəçi profillərinin təhlili, yaradılması, bazar araşdırması, keyfiyyət sorğuları və müştərilərimizlə münasibətlərin yaxşılaşdırılması məqsədləri üçün istifadə edirik.  
5. Xidmətlərimizin təkmilləşdirilməsi üçün istifadəyə yararlılıq və keyfiyyət analiziƏgər saytdan istifadə edirsinizsə, sizə bildiririk ki, biz analitik və statistik məqsədlər üçün, yəni istifadəçilərin sayta münasibətini anlamaq üçün sizin sayta giriş məlumatlarınızı emal edəcəyik. Bundan əlavə, KRKA sayt istifadəçilərinin məmnunluğunu anlamaq və təkmilləşdiriləcək sahələri müəyyən etmək üçün vaxtaşırı keyfiyyət sorğuları və tədbirləri həyata keçirir.

MƏLUMATLARINIZ HANSI MÜDDƏTDƏ SAXLANILACAQ?

Məlumatlarınızın saxlanma müddəti onların emal məqsədlərindən asılı olacaq.

Məlumatlarınız nəzərdə tutulan məqsədin yerinə yetirilməsi üçün zəruri olan müddət ərzində emal edilsə də, daha sonra həmin məlumat müvafiq qaydada saxlanılacaq və tətbiq edilən qanuna uyğun olaraq, həmin məlumatın emalı üçün məsuliyyətin yarana biləcəyi müddət ərzində qorunacaq. Hər prosesin müddəti bitdikdən sonra şəxsi məlumatlarınızın silinməsi başlanacaq.

SİZİN MƏLUMATLARINIZI ÜÇÜNCÜ ŞƏXSLƏRƏ TƏQDİM EDİRİKMİ?

Bu Məxfilik və Cookie Faylları Siyasətində göstərilən məqsədlərə nail olmaq üçün, sizə təklif etdiyimiz xidmətlərlə əlaqədar bizi dəstəkləyən KRKA təşkilatlarına və üçüncü tərəflərə sizin şəxsi məlumatlarınıza giriş icazəsi verməliyik. Həmin təşkilatlar aşağıdakılardır:

  • maliyyə qurumları,
  • fırıldaqçılıq hallarının aşkar edilməsi və qarşısının alınması üzrə təşkilatlar,
  • texnoloji və analitik xidmətlərin təminatçıları,
  • müştəri dəstəyi ilə bağlı xidmətlərin təminatçıları,
  • sosial şəbəkə saytları, reklam agentlikləri və ya reklam tərəfdaşları kimi marketinq və reklam fəaliyyəti ilə məşğul olan xidmət təminatçıları və işçilər.

MƏLUMATLARINIZIN BİZƏ TƏQDİM EDİLMƏSİ İLƏ ƏLAQƏDAR HÜQUQLARINIZ NƏDƏN İBARƏTDİR?

Bizim öhdəliyimiz sizin şəxsi məlumatlarınızın məxfiliyini qorumaqdan və hüquqlarınızın istifadəsini təmin etməkdən ibarətdir.

Siz şəxsi məlumatlarınıza daxil olmaq, onlarda düzəliş etmək və ya silmək hüququna, habelə “Fərdi məlumat haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 998-IIIQ nömrəli Qanunu ilə nəzərdə tutulmuş digər hüquqlara maliksiniz.  

Qeyd: Şəxsi məlumatlarınızdan necə istifadə ediləcəyi və həmin məlumatlara dair hüquqlarınız barədə ətraflı məlumat əldə etmək üçün aşağıda yer alan məxfilik və cookie faylları siyasətimizlə tanış olmağınızı tövsiyə edirik.

Bunu nəzərə alaraq, biz Birgə Nəzarətçilər razılaşdıq ki, siz sadəcə sorğunuzun səbəbini və müvafiq hüququ qeyd edərək, emin.rasulzade@krka.biz e-poçt ünvanına elektron məktub göndərməklə, öz hüquqlarınızdan ödənişsiz istifadə edə bilərsiniz. Əgər şəxsiyyətinizin müəyyən olunmasını zəruri hesab etsək, sizdən şəxsiyyətinizi təsdiq edən sənədin surəti tələb edilə bilər.

Xüsusilə, məlumatlarınızın emal olunma məqsədindən və ya hüquqi əsasdan asılı olmayaraq, siz aşağıdakı hüquqlara maliksiniz:

  • Saxlanılan sizə aid şəxsi məlumatlara giriş tələb etmək.
  • Saxlanılan sizə aid şəxsi məlumatlarda düzəliş olunmasını tələb etmək. Nəzərə alın ki, istənilən prosedur vasitəsilə şəxsi məlumatlarınızı bizə fəal şəkildə təqdim etməklə, həmin məlumatın doğru və dəqiq olduğuna dair zəmanət verirsiniz və məlumatlarınızda edilən hər hansı dəyişiklik və ya düzəlişlər barədə bizi məlumatlandırmağı öhdənizə götürürsünüz. Siz qeydiyyat formalarında səhv, qeyri-dəqiq və ya natamam məlumatların verilməsi ilə KRKA, Nümayəndəlik, sayt və ya sayta cavabdeh olan şəxsə, yaxud da hər hansı üçüncü tərəfə dəyən istənilən itki və ya zərərə görə məsuliyyət daşıyacaqsınız. Unutmayın ki, bu Məxfilik və Cookie Faylları siyasətində göstərilən hallar istisna olmaqla, bir qayda olaraq, üçüncü tərəf məlumatlarını deyil, yalnız öz məlumatlarınızı bizə təqdim etməlisiniz.  
  • Yuxarıda izah olunduğu kimi, emalının davam etdirilməsi məqəsdi üçün artıq lazım olmayan və ya qanuna əsasən emalına artıq icazə verilməyən şəxsi məlumatlarınızın silinməsini tələb etmək.
  • Şəxsi məlumatlarınızın emalının ləğvini və ya məhdudlaşdırılmasını, müəyyən hallarda dayandırılmasını və ya lazım olduğundan daha uzun müddət ərzində saxlanılmasını tələb etmək.

Əgər məlumatlarınızın hər hansı bir məqsəd üçün emal edilməsinə dair bizə razılıq vermisinizsə, istənilən vaxt həmin razılığı geri götürmək hüququnuz var.

Bundan əlavə, əgər məlumatlarınızın emalı bizim qanuni maraqlarımıza əsaslanırsa, o zaman siz həmçinin, məlumatlarınızın emalına etiraz etmək hüququna malik olacaqsınız.

Biz uyğun hesab etdiyimiz hallarda bu Məxfilik və Cookie Faylları Siyasətində yer alan məlumatlarda dəyişiklik edə bilərik. Bu halda, saytda müxtəlif prosedurlar vasitəsilə (məsələn, banner, pop-up və ya push bildirişi) sizi xəbərdar edəcəyik, yaxud da sözügedən dəyişiklik sizin məxfiliyinizə aid olduqda, e-poçt ünvanınıza bildiriş göndərə bilərik. Bu bildirişlər dəyişiklikləri nəzərdən keçirməniz, onları qiymətləndirməniz və müvafiq olaraq, hər hansı xidmət və ya funksiyalara etiraz etməniz, yaxud da onlara abunə olmanız üçün göndərilir. İstənilən halda, kiçik dəyişikliklərdən və ya hər hansı interaktiv təkmilləşdirmələrdən xəbərdar olmaq üçün, vaxtaşırı olaraq Məxfilik və Cookie Faylları Siyasətimizə nəzər salmağınızı tövsiyə edirik.  Bu siyasət hər zaman bizim veb saytımızda daimi məlumat mənbəyi rolunu oyanyır.

Saytda işinizi asanlaşdırmaq, bizimlə necə qarşılıqlı əlaqədə olduğunuzu başa düşmək və bəzi hallarda sizə saytda apardığınız axtarışlara uyğun reklamlar göstərə bilmək üçün cookie fayllardan və oxşar vasitələrdən istifadə edirik. İstifadə etdiyimiz cookie faylları və oxşar vasitələri, onların məqsədlərini və sizi maraqlandıra biləcək digər məlumatları daha ətraflı başa düşmək üçün bu siyasətlə tanış olmağa davam edin.

Cookie fayllar nədir?

Cookie fayllar birbaşa istifadə etdiyiniz kompüterdə və ya mobil cihazda saxlanılan məlumat fraqmentləridir. Növbəti dəfə bu Sayta daxil olduğunuz zaman məlumatlar həmin cookie fayldan geri göndərilir və Sayt onu tanıyır. Bu texnologiyanın və əldə edilmiş məlumatların məqsədi bu Saytın, eləcə də bu və digər saytlardan və ümumilikdə İnternetdən istifadə təcrübənizin təkmilləşdirilməsindən ibarətdir.

Əksər veb brauzerlər bütün cookie fayllara icazə verirlər.

Bu Siyasətdə ümumi “cookie fayllar” terminindən istifadə edilsə də, onlar bu veb sayt tərəfindən istifadə edilən məlumatların saxlanmasının əsas üsulu olduğundan, brauzerin “lokal yaddaş” sahəsi də eyni məqsədlər üçün istifadə olunur. Bu bölmədə yer alan bütün məlumatlar “lokal yaddaş”a da aiddir.

KRKA seans və daimi tipli cookie fayllardan istifadə edir. Seans cookie faylları Saytımızı tərk etdikdən sonra müəyyən müddət ərzində kompüterinizdə qalır. Bu cookie faylları Saytımıza gələnlərin sayını hesablamaq üçün bizim tərəfimizdən istifadə olunur. Bundan əlavə, biz Saytımızın səhifələrində sizin hərəkətinizi, hansı məzmunun sizin üçün daha maraqlı olduğunu və Saytın müəyyən bir səhifəsində hansı müddətdə qaldığınızı öyrənməyə imkan verən və digər Saytlardan qaynaqlanan daimi cookie fayllardan istifadə edirik.

Bu veb saytda cookie fayllar nə üçün istifadə olunur?

Cookie fayllar veb saytımızın işinin vacib hissəsidir. Cookie faylların əsas məqsədi saytda iş təcrübənizi yaxşılaşdırmaqdan ibarətdir. Cookie fayllar vasitəsilə toplanmış məlumatları yalnız statistik məqsədlər üçün, serverimizlə bağlı problemlərin diaqnostikası, Saytımızın idarə olunması və sizi məhsul və xidmətlərimiz barədə məlumatlandırmaq üçün emal edirik. Bununla belə, bu cür məlumatların toplanması və emalı yalnız anonim formada həyata keçirilir ki, belə məlumatların istifadəsi nəticəsində sizi və şəxsi məlumatlarınızı müəyyən etmək mümkün olmasın.

Cookie fayllarda saxlanılan məlumatdan kim istifadə edir?

Aşağıda “üçüncü tərəf cookie fayllar” kimi müəyyən edilənlər istisna olmaqla, veb saytımızda cookie fayllarda saxlanılan məlumatlar yalnız bizim tərəfimizdən istifadə olunur. Bu məlumatlar veb saytımızda xidmətlərin və istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün zəruri olan xidmətlərin kənar təşkilatlar tərəfindən təmin edilməsi məqsədilə istifadə olunur və idarə edilir. Bu “üçüncü tərəf cookie faylları” giriş statistikasının əldə edilməsi və ödəniş əməliyyatlarının tamamlanması xidmətləri üçün istifadə olunur.

Bu veb saytda cookie faylların istifadəsinin qarşısını necə ala bilərəm?

Bu səhifədə cookie faylların istifadəsinin qarşısını almaq istəyirsinizsə, yuxarıda təsvir edilmiş məhdudiyyətlərə uyğun olaraq, əvvəlcə brauzerinizdə cookie faylların istifadəsini deaktiv etməli və daha sonra bu saytla əlaqəli brauzerinizdə saxlanılan cookie faylları silməlisiniz.

Siz istənilən vaxt cookie faylların istifadəsinin qarşısını almaq üçün bu variantdan istifadə edə bilərsiniz.