Uğurumuzun açarı əməkdaşlarıımıza sərmayə qoymaqdadır. Biz anlayırıq ki, ən mürəkkəb texnologiya belə enerji dolu və yaradıcı insanlar tərəfindən istifadə edilmirsə, o, sadəcə adi bir texnologiyadır.

KRKA əməkdaşları gənc mütəxəssisləri zəngin təcrübə və bacarıq əldə edə biləcəkləri dinamik və inkişafa köklənmiş mühit ilə təmin edirlər. Biz istedadları aşkar edir, gələcəyimizi onların ətrafında qurur və bu istedadların  aparıcı ekspert olmasına kömək edirik.

BEYNƏLXALQ ŞİRKƏT MƏDƏNİYYƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİ

Mednarodna-prisotnost_c1800x1050

KRKA şirkətlər qrupunda əməkdaşlar uğurun açarıdırlar. Şirkətin məqsədlərinə nail olmaq üçün biz tərəfdaşlıq yanaşması tətbiq edərək Lissabondan Vladivostoka qədər fəaliyyət göstəririk. Biz birlikdə qarşılıqlı inam, hörmət, əməkdaşlıq və komanda işi mədəniyyəti qururuq. Qabaqcıl texnologiyalardan istifadə edərək, əməkdaşlarımızı davamlı olaraq öyrədirik. Biz dünyanın aparıcı cenerik preparat istehsalçıları arasındayıq. 70 ilə yaxın əczaçılıq bazarında mövcudluğumuz sayəsində biz dünyanın 45 ölkəsində təmsil olunan şirkətlər qrupuna çevrilmişik və məhsullarımızı 70-dən artıq ölkədə satırıq.

ƏMƏKDAŞLARIN İNKİŞAF ETMƏSİ

Razvijamo-kadre_c1800x1050

Əməkdaşlar öz səriştə və bacarıqlarını liderlik, şəxsi inkişaf, peşəkarlığın artırılması, xarici dillər və sairə sahələrdə inkişaf etdirə bilərlər. 

Biz istedadların aşkar edilməsinə xüsusi diqqət yetirir, əməkdaşlarımızın həm seçdikləri professional sahədə, həm də onların liderlik potensialı baxımından inkişaf etdirilməsini sistemli şəkildə planlaşdırırıq.  Yüksək potensiala malik əməkdaşlara mürəkkəb layihələr tapşırılır və onlar Krka-nın  daxili təlim proqramlarında iştirak edirlər. Proqramlar əməkdaş və rəhbərliyin inkişafının daha da artırılması üçün kouçinq və praktiki təlimlər ilə tamamlanır.  

Əməkdaşlar öz karyeralarının müxtəlif mərhələlərində KRKA-nın işləyib-hazırladığı beynəlxalq təlim sistemi prosesində iştirak edirlər.

BİZ TƏŞKİLATİ MÜHİTİMİZİ DAİM YAXŞILAŞDIRIRIQ

Izboljsujemo-klimo_c1800x1050

Əməkdaşlar tərəfindən formalaşdırılan təşkilati mühit biznes nəticələrinin uğuruna birbaşa təsir edir.

Hər bir KRKA əməkdaşı KRKA-nın Davranış Məcəllləsinin müəyyən etdiyi müvafiq işgüzar təcrübə və standartlarının etik prinsiplərinə riayət edir.  Biz bütün təchizatçı və digər işgüzar tərəfdaşlarımızın, həmçinin törəmə şirkətlərimizin KRKA ilə biznes fəaliyyəti apararkən, bu standartlarla tanış olmalarını və onlara tam əməl etmələrini təmin edirik. 

Əməkdaşlarımızın öz işlərinə münasibətini öyrənmək üçün biz müntəzəm olaraq şirkətin təşkilati mühitini dəyərləndiririk. Nəticələrin təhlili effektiv və yaradıcı mühitin saxlanması və inkişafına kömək edən təkmilləşdirmələrin hazırlanması üçün faydalıdır.

MƏHSULLARIMIZIN HAZIRLANMASI VƏ İSTEHSALI ÜÇÜN ƏN YENİ TEXNOLOGİYALARDAN İSTİFADƏ EDİRİK

Vrhunska-tehnologija_c1640x920

KRKA dərman vasitələrinə inam tədqiqat laboratoriyalarımız və istehsal müəssisələrimizdən başlayır.

Şaquli inteqrasiyaya malik biznes modelimiz fəaliyyətimizin bütün sahələrində çoxsaylı nou-hau, yaradıcılıq və innovasiyalardan istifadə etməyə imkan verir.

Biz sənaye nailiyyətlərini təhlil edir, AFT, əczaçılıq formaları və müasir analitik metodlar sahəsində nou-hau işləyib-hazırlayır və tətbiq edir, müasir avadanlığa sərmayə qoyur, qabaqcıl texnologiyalardan istifadə edir, məhsullarımızı müasir istehsalat müəssisələrində istehsal edir, tədqiqat fəaliyyətimizi müvafiq şəkildə planlaşdırır və yaxşı düşünülmüş qeydiyyat strategiyasına əməl edirik.

BİZ KEYFİYYƏTLİ, EFFEKTİV VƏ TƏHLÜKƏSİZ FARMASEVTİK PREPARATLAR İSTEHSAL EDİRİK

Kakovost-H1_c1640x920

Məhsul və xidmətlərimiz yüksək keyfiyyət standartları sayəsində dünyanın hər tərəfində tanınır.

Ən çox dəyərləndirdiyimiz şey pasiyent, həkim, farmasevt və tənzimləyici orqanlardan aldığımız  müsbət rəylərdir.

Keyfiyyətin vacibliyini dərk etdiyimizdən, biz ona Məhsullarımızın həyat dövrü ərzində nəzarət edirik;  biz keyfiyyətin tədqiqat və hazırlamalardan başlayaraq məhsulların istehlakçılara göndərilməsindən əvvəl son yoxlamadan keçməsinə qədər bütün mərhələlərin ayrılmaz hissəsi olmasını təmin edirik.

BİZ SOSİAL MƏSULİYYƏTLİ ŞİRKƏTİK

TR10SI-trajnostni-razvoj-druzbena-odgovornost-main-Krka-dobrodelnost-prostovoljstvo-D-c2700x1300

Biznesdə yaxşı nəticələrə nail olmaq üçün KRKA-nın fəaliyyət göstərdiyi ölkələrin sakinlərini ən yaxşı həyat keyfiyyəti ilə təmin etmək lazım olduğunu dərk edirik.  Sosial məsuliyyətli şirkət kimi biz öz missiyamıza (“Sağlam həyat tərzi naminə”) nail olmaq üçün çoxsaylı müxtəlif imkanlardan istifadə edirik. Biz sağlamlıq və həyat keyfiyyəti ilə bağlı layihələri dəstəkləiyrik. Tərəfdaşlığı idman, mədəniyyət, səhiyyə, elm, təhsil və humanitar fəaliyyət vasitəsilə, həmçinin ətraf mühitin qorunmasına töhfə verərək qururuq.

Baxmağa davam edin

Multiparty banner 1

KRKA-DA KARYERA

Biz sizə öyrənmək, yüksəlmək və inkişaf etmək imkanları yaradırıq.

Daha çox

Bizə qoşulun

Cari vakansiyalar.

Daha çox

DAYANIQLILIQ

Biz özümüzü yalnız o zaman uğurlu hesab edə bilərik ki, uğurumuz ətraf mühitə və cəmiyyətə müsbət təsir etsin.

Daha çox