Sağlamlıq fəaliyyətimizin prioritetini təşkil edir. “Sağlam həyat naminə!” missiyamızı həyata keçirərkən, insanların həyat keyfiyyətini yaxşılaşdıran və dünyanı məsuliyyətlə birlikdə yaratmağa kömək edən yüksək keyfiyyətli və sərfəli əczaçılıq preparatlarının geniş çeşidini təklif edirik.

Biz məhsullarımızın işlənib-hazırlanmasından onların istifadə edilməsi  müddətinə qədər pasiyent və müştərilərimizi məmnun etməyə çalışırıq. Yerinə yetirdiyimiz bütün işlərdə yüksək keyfiyyətə sadiq qalmaq və onu təmin etmək daimi hədəfimiz kimi bizi yönləndirir. Şaquli inteqarsiya biznes modelinin köməyilə biz bütün maraqlı tərəflərə məsuliyyətlə və davamlı şəkildə dəyər veririk.   

Biznes qərarlarımızı yönləndirən əməkdaşlıq tərzi  və qarşıda duran planlarımızın həyata keçirilməsi dəyərlərimizlə müəyyən edilir. Biz sağlamlıq və təbii mühitin qorunması, eləcə də yerli əhalinin inkişafına töhfə verəcək balanslaşdırılmış və fasiləsiz inkişafa can atırıq.

Təcrübə, innovasiyalar , canlı aləm və ətraf mühitə verdiyimiz dəyər bizim ümid yaratmağımız və etibar qazanmağımıza imkan verir.

MİSSİYA


SAĞLAM HƏYAT TƏRZİ NAMİNƏ

Müasir texnologiya və nou-hau metodlarımız insanların sağlamlıqlarını qorumaq və yaxşılaşdırmağa, eyni zamanda daha yaxşı həyat keyfiyyətinə malik olmağa imkan yaradır.

STRATEJI BAXIŞ


BİZ DÜNYANIN APARICI CENERİK ƏCZAÇILIQ ŞİRKƏTLƏRİNDƏN BİRİ KİMİ DAVAMLI OLARAQ ÖZ YERİMİZİ MÖHKƏMLƏNDİRİRİK.

Daxili inkişaf, beynəlxlq əlaqələr, çeviklik və effektivliyimiz bizim dinamik və yenilikçi cenerik əczaçılıq şirkəti kimi gələcək planlarımızı həyata keçirməyə imkan verir.

DƏYƏRLƏRİMİZ


Bilik, səriştə, innovasiya, müvafiq  iş vərdişləri və yaradıcı yanaşma bizim sürətli inkişafımıza kömək edir. Biz zirvədə olmağa çalışırıq. Bu məqsədə can atarkən, biz yalnız məhsullarımızın satışını deyil, eyni zamanda bazarın yeni tələbatlarını ödəməyi də nəzərə alaraq çalışırıq. Hədəfimizə nail olmaq üçün məhsullarımızın işlənib-hazırlanma  prosesini  effektiv şəkildə  qısaltmış, qeydiyyat sənədlərinin əldə edilmə müddətini sürətləndirmiş, balanslaşdırılmış istehsal və paylamağa nail olmuşuq.  Sürətli  müdaxilə və uyğunlaşma bacarığı bizə müxtəlif marketinq və qanunvericilik tələblərinin yaratdığı bütün maneələri aşmağa kömək edir. Biz çevik həll yolları ilə tərəfdaşlarımızın etimadını doğrulduruq.

KRKA əməkdaşları fəaliyyətləri zamanı bütün işgüzar tərəfdaşları ilə güclü və etibarlı əlaqələr qururlar. Bu, bizə tərəfdaşlarımız – alıcı, təchizatçı, sahibkar və  fəaliyyət  mühitimizi paylaşdığımız hər kəslə -qarşılıqlı hörmət münasibətləri yaratmağa imkan verir. Yalnız yaxşı və dürüst qarşılıqlı əlaqələr bizə biznes uğurumuzu missiyamızla birləşdirməyə imkan verə bilər.

Yüksək nəticələrə nail olmağın yeganə düzgün yolu yaradıcılıq və  ixtiraçılığa kömək edən mühitin yaradılmasıdır.  Məhz buna görə, biz həmkarlarımızı öz ideyalarını təqdim etməyə və səmərəli olduğu halda,onları həyata keçirməyə çağırır, müştəri məmnuniyyətinə nail olmaq üçün yeni metodlar axtarmağa təşviq edirik. Biz verilən tapşırıqları bacardığımız qədər yaxşı yerinə yetirməyə çalışır, əlimizdən gələni edir, onları  mümkün qədər səmərəli və tez yerinə yetirməyə səy göstəririk.

Baxmağa davam edin

Multiparty banner 1

İNKİŞAF STRATEGİYASİ

Krka Şirkətlər Qrupunun beş-illik İnkişaf strategiyası biznes imkanlarımızın həyata keçirilmə planı kimi xidmət edir.

DAHA ƏTRAFLI

DAYANIQLILIQ

Biz özümüzü yalnız o zaman uğurlu hesab edə bilərik ki, uğurumuz ətraf mühitə və cəmiyyətə müsbət təsir etsin.

DAHA ƏTRAFLI

HAQQIMIZDA

Biz dünyanın aparıcı cenerik əczaçılıq şirkətlərindən biri kimi mövqeyimizi daim möhkəmləndiririk.

DAHA ƏTRAFLI