Davranış məcəlləsi KRKA şirkəti tərəfindən korporativ norma və qaydalara riayət edilməsini tənzimləyən sənədlər toplusudur.
Davranış məcəlləsi KRKA şirkətinin bütün əməkdaşları üçün məcburi olan etik davranışın prinsip və qaydalarını, müvafiq işgüzar təcrübə və davranış normalarını müəyyən edir. O, gözlənilən məsuliyyətli və etik davranış, vəzifə fəaliyyətinin yerinə yetirlməsi ilə bağlı rəhbər göstəriş və əsas prinsipləri təşkil edir və beləliklə, bizim davaranış və biznes əməliyyatlarımız normativ qaydalar, dövlət orqanlarının tövsiyələri, Şirkət standartları, siyasəti və daxili qaydalarına, həmçinin müvafiq işgüzar təcrübəyə həmişə müvafiq olmalıdır.
Biz tədarükçülərimiz, KRKA şirkətinin digər işgüzar tərəfdaşları və onların törəmə müəsissələrindən Məcəllə ilə tanış olacaqları və KRKA ilə işgüzar əlaqələr quran zaman ona riayət edəcəklərini gözləyirik.
Normativ-hüquqi qaydalara müvafiqliyə nəzarət üzrə Direktor korporativ normaların pozulması riskinin daimi dəyərləndirilməsi və biznes proseslərinin koordinasiyası ilə bağlı məsuliyyət daşıyır.