Məsuliyyətli işğüzar təcrübə
Biz zəngin ənənələrə malik şirkətik. Qüsursuz reputasiya və yüksək etik normalara sadiqlik bizim kommersiya uğurumuzun əsasını təşkil edir. Cenerik dərman vasitələrinin istehsalı üzrə dünyanın aparıcı əczaçılıq şirkətlərindən biri olaraq, biz məsuliyyətli işgüzar mühit yaratmağa şüurlu şəkildə yanaşırıq. Biznes fəaliyyəti ilə məşğul olarkən biz ehtiyyatlı davranaraq, iqtisadı fəaliyyətin ümumilikdə ictimai mühitə uzunmüddətli təsirini anlayır və nəzərə alırıq.
Normativ tələblərə əməl olunması
Bizim qüsursuz reputasiyamız etik prinsip və normativ tələblərə əməl olunmasına və risklərin effektiv idarə edilməsinə əsaslanır.
İdarə prosesində başlıca etik prinsiplərimiz hörmət, əməkdaşlıq, qüsursuzluq və dürüstlükdür.
Normativ tələblərə əməl edilməsi şirkət və onun əməkdaşları tərəfindən bütün müvafiq normativ akt, beynəlxalq standart və təlimatlara riayət olunmasını , həmçinin şirkətin nəzarət orqanları ilə müvafiq qarşlıqlı əlaqəsini təmin edir. Şirkət daxilində korporativ standartlara riayət olunması biznez proseslərinin minimal pozulmasının, norma, standart, əsasnamə və şirkətdaxili qaydalara əməl edilməməsi ilə əlaqədar minimal riskin qarşısının alınması ilə bağlı fəaliyyət və məsuliyyətini ətraflı təsvir edən bir sıra əsasnamə və daxili qaydalara əsaslanır.
Korporativ standartların pozulması ilə bağlı müxtəlif risklərin idarə edilməsi KRKA-nın kommersiya proseslərinə daxil edilmişdir. Bu, şirkət və bütün KRKA qrupunun strateji və kommersiya uğurlarına təhlükə yarada biləcək amillərin müəyyən olunaraq idarə edilməsinə imkan verir.
Hörmət və əməkdaşlıq
Hamı üçün bərabər imkanların verilməsi, qanunun tələblərinə riayət olunması və insanlara qarşı etik davranış göstərilməsi, həmçinin daha geniş sosial birliyə malik olmamız fəaliyyətimizin əsas prinsiplərini təşkil edir. Tərəfdaşlıq və etimadın KRKA-nın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini dərk edərək, biz qarşılıqlı hörmət , fərqli fikirlərin qəbul olunmasına əsaslanan və bütün KRKA qrupunun dəyərlərinin artırılmasına yönəldilən bütün maraqlı tərəflərlə əməkdaşlığı təşviq edirik.
Mükəmməlliyə doğru irəliləyiş
Effektiv, keyfiyyətli və təhlükəsiz dərman preparatları və başqa məhsullar bütün insanların həyat keyfiyyətinin yüksəldilməsinə töhvə vermək bizim yolumuzdur. Biz innovativ məhsullar işləyib-hazırlayır və onların mümkün qədər əlçatan olması üçün səy göstəririk.
Tədqiqat və araşdırmalarımız, həmçinin səhiyyə və kommersiya sahəsindəki tərəfdaşlarla əməkdaşlığımız farmakologiyada biliyimizi artırmağa və keyfiyyətli tibbi məhsulların hazırlanmasına kömək edir.
Biz məhsullarımız haqqda dürüst, dolğun və vaxtında məlumat verməyə çalışırıq.
İş prosesi və kommersiya əməliyyatları zamanı KRKA, biznes-tərfdaşları və üçüncü tərəflər haqqda bizə məlum olan bütün informasiyanı biz müvafiq şəkildə qoruyuruq.
İstənilən əməkdaş və üçüncü tərəfin şəxsi məlumatları ehtiyyatla, şəffaf şəkildə və şəxsi məlumatların qorunması ilə bağlı müddəalara müvafiq olaraq emal edilməlidir.
Ədalətli rəhbərlik
Şirkətin bütün yüksək rəhbər işçiləri fəaliyyətlərində KRKA-nın əsas dəyərlərinə riayət edirlər. Onların nümunəsi əməkdaşlarımıza təsir edərək, bütün şirkətin etik normalarının yüksəlməsinə səbəb olur.
Normativ-hüquqi qaydalara müvafiqliyə nəzarət üzrə Direktor korporativ normalara yüksək səviyyədə riayət edilməsinə görə məsuliyyət daşıyır.
Rəhbər işçilərimiz korporativ normalarla bağlı əməkdaşların məlumatlılıqlarının artırılması və şirkətin bütün bölmələrinin onlara riayət etməsinə görə cavabdehlik daşıyırlar. Onlar hər bir əməkdaşın bütün əsasnamə, təlimat və standartlar haqqda məlumatlandırılması və onlara riayət etmələrinin təmin olunması üçün məsuliyyət daşıyırlar. Fəaliyyətimiz zamanı əməkdaşlar müntəzəm şəkildə müvafiq təlim və hazırlıq keçir, qeyri-müvafiq davranışın səbəb ola biləcəyi nəticələrlə bağlı onlara məlumat verilir.
Korporativ dürüstlük
KRKA saxtakarlıq, sui-istifadə və ədalətsiz bazar təcrübəsinin istənilən formasına qarşı sıfır dözümlülük prinsipi göstərir. Normativ-hüquqi qaydalara müvafiqliyə nəzarət üzrə Direktor qaydalara ardıcıl şəkildə riayət olunmasına nəzarəti həyata keçirir, məlumatlandırılmanın artırılması ilə bağlı effektiv sistemi və qeyri-müvafiq davranışın tənzimlənməsini idarə edir.
Əsas prinsipimiz hər bir qərarın KRKA-nın bütün maraqları nəzərə alınmaqla qəbul edilməsi olduğundan, biz onların KRKA-nın deyil, hər şeydən əvvəl şəxsi maraqlarımıza xidmət etdiyi kimi qəbul edilə biləcəyi vəziyyətlərdən qaçmalıyıq.
Bütün kommersiya əməliyyatlarımızda nəzərə aldığımız əczaçılıq sənayesi və tibb sahəsi arasındakı münasibətlər ciddi etik norma, müddəa və qaydalara əsaslanır.
Biz rəqabətin müdafiəsini tənzimləyən qaydalara riayət edir və heç bir vəchlə ona mane olmur, məhdudlaşdırmır və zəiflətmirik.
İşgüzar münasibətlər nəticəsində qeyri-müvafiq davranış riskləri müştəri, tədarükçü və başqa işgüzar tərəfdaşlarımızın müntəzəm yoxlanılması ilə azaldılır. Bununla, biz KRKA-nın nüfuzuna xələl gətirilməsi və kommersiya itkilərinə səbəb olma ehtimalının qarşısını ala bilirik.
Korporativ sosial məsuliyyət
Biz öz sahəmizdə müxtəlif növ fəaliyyətləri dəstəkləyərək sosial məsuliyyət daşıyır, humanitar fəaliyyətlərdə iştirak edir, elm, təhsil və mədəniyyət sahələrindəki nailiyyətlərin təşviqi, həmçinin ətraf mühitimizin müdafiəsinə yardım ilə bağlı tədbirlərə qatılırıq.
Biz ekoloji normalara riayət edir, ətraf mühitin qayğısına qalır və eyni zamanda, müxtəlif yerli icmalarla əməkdaşlıq edirik.
Məlumatlılıq
Yalnız korporativ norma və qaydalara daim riayət etmək sayəsində biz fəaliyyətimizdə mükəmməl nəticələrə nail ola, istifadəçi məmnunluğunu artıra və bununla, KRKA-ya daimi etimad qazana bilərik.
Biz gələcəyə nikbin baxır və əməkdaşlarımızın missiya, bilik və təcrübəsinə inanır, KRKA-nın bütün dünyada aydın perspektiv, yüksək keyfiyyətli məhsul istehsalçısı, dəyərlərə və məsuliyyətli korporativ təcrübəyə malik bir şirkət kimi tanınmasını istəyirik.