Biz Azərbaycan bazarında münasib qiymətə geniş çeşidə malik keyfiyyətli, effektiv və təhlükəsiz preparatlar təklif edirik.
KRKA şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları səhiyyə müəssisələrində şirkətin əczaçılıq məhsullarının təşviqi ilə bağlı müxtəlif tədbirlər həyata keçirirlər. Məhsullarımız ölkədə ən çox satılan dərman vasitələri arasında mühüm yer tutur.
Təmsilçilik həm ölkə əhalisi, həm də səhiyyə işçilərini maarifləndirmək məqsədilə yerli və xarici tibb ekspertlərini dəvət edərək, görüş və mühazirələr təşkil edir. Bundan başqa, Krka səhiyyə mütəxəssislərinin peşəkar inkişafı üçün onların müxtəlif professional beynəlxalq konfrans və təlimlərdə iştirakına dəstək verir.
Krka yalnız insanlaın deyil, eyni zamanda heyvanların da sağlamlığının qayğısına qalır. Ev heyvanlarının müxtəlif müasir baytarlıq dərman vasitələri ilə müalicə edilməsi yalnız onları deyil, həmçinin heyvan sahiblərini də qoruyur.
Bakı ofisi həm Azərbaycanın səhiyyə sahəsi, həm də ictimai həyatında fəal iştirak edir. KRKA ölkədə yaşlı insanlar, valideynlərini itirmiş uşaqlar, fiziki qüsurlu şəxslər və əhalinin digər həssas qruplarına yardım etmək məqsədilə xeyriyyəçilik tədbirləri həyata keçirir.
KRKA rəhbərliyi və əməkdaşları “Sağlam həyat naminə!” devizi altında şirkətin fəaliyyəti zamanı ölkədə qazandığı uğur və etibarı qoruyub saxlayaraq, daha uca zirvələri fəth etməyi planlaşdırırlar.